Gürcüstanın beynəlxalq turizmdən əldə etdiyi gəlir ilin birinci yarısında rekord həddə – 1,9 milyard dollar təşkil edib.
“Report” xəbər verir ki, bu barədə Gürcüstan Milli Turizm Administrasiyası məlumat yayıb.
Bildirilib ki, ən böyük artım Aİ ölkələrindən və Böyük Britaniyadan gələn turistlərin gəlirləri hesabına olub: onların payı 246 milyon dollar təşkil edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 14 % çoxdur.
Gürcüstan Milli Bankına görə, ölkələr üzrə gəlirlər aşağıdakı kimidir: Rusiya – 380,1 dollar; Türkiyə – 287 milyon dollar; Aİ ölkələri və Böyük Britaniya – 246,3 milyon dollar; İsrail – 175,4 milyon dollar; Azərbaycan – 78,5 milyon dollar; Ukrayna – 69 milyon dollar; İran – 64,2 milyon dollar; Ermənistan – 64,1 milyon dollar; Belarus – 39 milyon dollar; Səudiyyə Ərəbistanı – 32,6 milyon dollar; digər ölkələr – 462 milyon dollar.
Statistikaya görə, 2024-cü ilin birinci yarısında əcnəbilər Gürcüstana 3 milyondan çox səfər edib (illik artım 5,6 %) və bunların ən çoxu ilin birinci yarısında qonşu ölkələrdən – Türkiyə, Rusiya və Ermənistandan qeydə alınıb.