Gürcüstanda beynəlxalq işgüzar turizm seminarı keçiriləcək

Gürcüstanda beynəlxalq işgüzar turizm seminarı keçiriləcək Bu ilin dekabrında BMT-nin Ümumdünya Turizm Təşkilatının (ÜTT) himayəsi altında Gürcüstanda ilk dəfə olaraq beynəlxalq turizm seminarı keçiriləcək.
Turizm
27 Sentyabr , 2019 12:11
Gürcüstanda beynəlxalq işgüzar turizm seminarı keçiriləcək

Bu ilin dekabrında BMT-nin Ümumdünya Turizm Təşkilatının (ÜTT) himayəsi altında Gürcüstanda ilk dəfə olaraq beynəlxalq turizm seminarı keçiriləcək.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Turizm Administrasiyası məlumat yayıb.

Tədbir Batumi şəhərində təşkil olunacaq. Seminarın Acarıstanda qış mövsümündə beynəlxalq və daxili turizmin inkişafına əhəmiyyətli dəstək verəcəyi bildirilib.

ÜTT-nin Baş katibi Zurab Pololikaşvili deyib ki, beynəlxalq seminar Gürcüstanın işgüzar turizm ölkəsinə çevrilməsi üçün yaxşı alət olacaq: “Bu seminar yerli şirkətlərə beynəlxalq təcrübə əldə etmək və xarici həmkarlarla əlaqələr qurmaq baxımından dəstək olacaq”. 

Son xəbərlər

Orphus sistemi