Gürcüstana səfər edən turistlərin sayı artıb

Gürcüstana səfər edən turistlərin sayı artıb Ötən ay Gürcüstana 424 514 turist səfər edib.
Turizm
4 İyun , 2019 11:52
Gürcüstana səfər edən turistlərin sayı artıb

Ötən ay Gürcüstana 424 514 turist səfər edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Turizm Administrasiyası məlumat yayıb.

İllik müqayisədə turistlərin sayı 64 770 nəfər artıb.

May ayında qonşu ölkəni, ümumilikdə, 723 160 əcnəbi ziyarət edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 14,2% çoxdur.

Yanvar-may aylarında isə Gürcüstana 2 988 478 əcnəbi səfər edib. Bu da illik müqayisədə 5,4% çoxdur. Turistlərin sayı isə 1 655 163 nəfər təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 121 378 nəfər və ya 7,9% çoxdur. 

Son xəbərlər

Orphus sistemi