Gürcüstan vətəndaşlarının xaricə səfərlərində Azərbaycanın payı açıqlanıb

Turizm
  • 13 may, 2024
  • 11:10
Gürcüstan vətəndaşlarının xaricə səfərlərində Azərbaycanın payı açıqlanıb

Bu ilin yanvar-mart aylarında xaricə səfər etmiş Gürcüstan vətəndaşlarının 2 %-i Azərbaycana gəlib.

“Report” bu barədə Gürcüstanın Milli Statistika İdarəsinə istinadən xəbər verir.

Məlumata görə, xaricə gedən gürcüstanlıların 38 %-i Türkiyəyə, 16,7 %-i Rusiyaya, 16,3 %-i Avropa İttifaqı ölkələrinə, 12,2 %-i Ermənistana, 14,8 %-i isə digər ölkələrə səfər edib.

Xaricə səfərlərin 97,9 %-i təkrar səfərlər olub.

Hesabat dövründə Gürcüstandan xaricə 521,6 min nəfər səfər edib ki, bu da illik müqayisədə 16,3 % çoxdur.

44 - Tezliklə