Baş nazir: “Gürcüstan qonşu tərəfdaş ölkələrlə turizmlə bağlı danışıqlar aparır”

Baş nazir: “Gürcüstan qonşu tərəfdaş ölkələrlə turizmlə bağlı danışıqlar aparır” Gürcüstan qonşu tərəfdaş və Avropa ölkələri ilə turizm sahəsinin mərhələli şəkildə bərpası istiqamətində iş aparır.
Turizm
282
11 May , 2020 15:26
Baş nazir: “Gürcüstan qonşu tərəfdaş ölkələrlə turizmlə bağlı danışıqlar aparır”

Gürcüstan qonşu tərəfdaş və Avropa ölkələri ilə turizm sahəsinin mərhələli şəkildə bərpası istiqamətində iş aparır.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri Giorgi Qaxaria bildirib.

Onun sözlərinə görə, Gürcüstan turizmi bərpa edəcək ilk ölkələrdən biri olacaq:

“Biz bu istiqamətdə həm bölgə üzrə qonşu, həmçinin avropalı tərəfdaşlarımızla ikitərəfi danışıqlar aparırıq”.

Baş nazir qeyd edib ki, Ümumdünya Turizm Təşkilatı Ümumdünya Səhiyyə Təşkilatı ilə birgə tezliklə turizmin bərpası üçün xüsusi qaydalar hazırlayacaq.

Orphus sistemi