Gürcüstanın Milli Turizm Administrasiyasının rəhbəri yeni vəzifəyə təyin olunub

Gürcüstanın Milli Turizm Administrasiyasının rəhbəri yeni vəzifəyə təyin olunub Tbilisi. 26 dekabr. REPORT.AZ/ Gürcüstanın Milli Turizm Administrasiyasının rəhbəri Giorgi Çoqovadze Hava Limanları Birliyinə baş direktor təyin olunub.
Turizm
26 Dekabr , 2018 21:53
Gürcüstanın Milli Turizm Administrasiyasının rəhbəri yeni vəzifəyə təyin olunub

Tbilisi. 26 dekabr. REPORT.AZ/ Gürcüstanın Milli Turizm Administrasiyasının rəhbəri Giorgi Çoqovadze Hava Limanları Birliyinə baş direktor təyin olunub.

“Report”un yerli bürosunun verdiyi xəbərə görə, bu barədə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi məlumat yayıb.

Milli Turizm Administrasiyasının yeni rəhbəri Nazirliyin elan edəcəyi müsabiqə əsasında seçiləcək.

Q.Çoqovadze 2014-cü ilin noyabr ayından Gürcüstanın Milli Turizm Administrasiyasının rəhbəri vəzifəsini tutub. Onun mülki aviasiya sahəsində iş təcrübəsi də var.

Milli Turizm Administrasiyası və Hava Limanları Birliyi Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin nəzdində fəaliyyət göstərir. Birliyə 2010-cu ildən rəhbərlik edən Ketevan Aleksidze bu ilin sentyabrında vəzifəsini tərk edib. 

Son xəbərlər

Orphus sistemi