Fuad Nağıyev: “Təhlükəsiz səyahətlər əsas prioritetimizdir”

Fuad Nağıyev: “Təhlükəsiz səyahətlər əsas prioritetimizdir” “Təhlükəsiz səyahətlərin təmin edilməsi əsas prioritetimizdir”.
Turizm
2 Dekabr , 2021 10:55
Fuad Nağıyev: “Təhlükəsiz səyahətlər əsas prioritetimizdir”

“Təhlükəsiz səyahətlərin təmin edilməsi əsas prioritetimizdir”.

"Report" Dövlət Turizm Agentliyinə istinadən xəbər verir ki, bunu qurumun sədri Fuad Nağıyev İspaniyanın paytaxtı Madriddə BMT-nin Ümumdünya Turizm Təşkilatının (BMÜTT) Baş Assambleyasının 24-cü sessiyasında çıxış edərkən qeyd edib.

O, son 2 ildə bütün üzv dövlətlərin və dünya turizminin çətinliklərlə qarşılaşdığını, lakin 2021-ci ilin ortalarından etibarən səyahət məhdudiyyətlərinin qaldırılması ilə sektorun tədricən bərpasının müşahidə edildiyini bildirib.

Agentlik sədri Azərbaycanın 60-dan çox ölkə ilə hava sərhədinin açıq olmasını və həmin ölkə vətəndaşlarının və rezidentlərinin müəyyən olunmuş şərtlərlə səfərinin mümkünlüyünü diqqətə çatdıraraq Azərbaycanda turizm sənayesi nümayəndələrinin tam peyvənd olunduğunu vurğulayıb.

F.Nağıyev pandemiyadan sonrakı bərpa prosesinin daha çox məsuliyyətlilik, qətiyyət və həmrəylik tələb etdiyini bildirib.

Tədbirdə Azərbaycanın İspaniyadakı səfiri Ramiz Həsənov da iştirak edib. Dekabrın 3-nə qədər avam edəcək sessiyanda postpandemiya dövründə inklüziv və dayanıqlı turizmə nail olmaq, eləcə də turizmin bərpası və canlanması üçün zəruri tədbirlər, turizm təhsili və kənd turizminin inkişafı istiqamətində birgə təşəbbüslər müzakirə olunur.

Həmçinin Baş Assambelya çərçivəsində 2021-ci ilin əvvəlində İcraiyyə Şurasının tövsiyəsi əsasında təşkilatın Baş Katibi vəzifəsinə namizədliyi irəli sürülən hazırkı Baş Katib Zurab Pololikaşvilinin namizədliliyi növbəti 4 il müddətinə təsdiq olunub.

Sessiyasında təşkilata üzv dövlətlərdən 84 nazir və nazir müavini olmaqla 135 ölkəni təmsil edən 1 000-dən çox nümayəndə, o cümlədən beynəlxalq təşkilat və özəl sektor təmsilçiləri iştirak edirlər.

Son xəbərlər

Orphus sistemi