Fuad Nağıyev: "Gec-tez onsuz da sərhədləri açacağıq"

Fuad Nağıyev: "Gec-tez onsuz da sərhədləri açacağıq" Bu gün Dövlət Turizm Agentliyinin 120 əməkdaşı peyvənd olunacaq
Turizm
9 Aprel , 2021 15:38
Fuad Nağıyev: Gec-tez onsuz da sərhədləri açacağıq
Fuad Nağıyev

Dövlət Turizm Agentliyinin əməkdaşlarının koronavirus (COVID019) əleyhinə peyvənd olunması çərçivəsində təkcə bu gün 120 nəfər vaksinasiyadan keçəcək.

“Report” xəbər verir ki, bunu qurumun sədri Fuad Nağıyev ona peyvənd vurulduqdan sonra jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, vaksinasiya həm rəhbərlik etdiyi qurumun aparatının, həm də tabeli qurumlarının işçilərini əhatə edəcək.

“Biz Agentlik olaraq bütün sənayeni çağırırıq ki, gəlsinlər və peyvənd vurdursunlar. Nəyə görə? Əgər biz normal həyata qayıtmaq istəyiriksə, mütləq vaksinasiyadan keçməliyik. Əgər vaksinasiya normal qaydada getsə, bunun turizm üçün təsiri çox müsbət olacaq. Gec-tez onsuz da sərhədləri açacağıq, amma riski azaltmaq üçün əhali vaksinasiyadan keçməlidir”, - sədr qeyd edib.

Son xəbərlər

Orphus sistemi