Filippinin koronavirusa reaksiya üzrə fəaliyyətinə nəzarət edən qurumlararası işçi qrupu əcnəbi vətəndaşların gələn aydan etibarən ölkəyə girişi üçün şərtlər müəyyənləşdirib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Filippin prezidentinin mətbuat katibi Harry Rok bildirib.
Onun sözlərinə görə, fevralın 1-dən etibarən Filippinə gələcək əcnəbilər ölkəyə giriş zamanı qüvvədə olan vizaya sahib olmalıdırlar.
“Bu xarici vətəndaşlar akkreditə olunmuş karantin hotelində və ya müəssisəsində əvvəlcədən bron edilmiş yerə və orada azı 7 gün yaşayacaqlarına dair sənədə malik olmalıdırlar. Onlar həmçinin karantində qaldıqları yerdə gəldiklərindən 6 gün sonra koronavirus testindən keçməlidirlər”, - H.Rok söyləyib.
Qeyd edək ki, bu günə qədər Filippində 51,5 mindən çox insan koronavirusa yoluxub, 475,5 min xəstə sağalıb, 10,5 mindən çox pasiyent ölüb.