Ərəb Dövlətləri Liqası nəzdində Əlyazmalar İnstitutunun direktoru Azərbaycan Milli Kitabxanasında olub

Ərəb Dövlətləri Liqası nəzdində Əlyazmalar İnstitutunun direktoru Azərbaycan Milli Kitabxanasında olub Görüşdə kitabxanalar arasında əlaqələrin yaranmasının zəruriliyi bildirilib
Turizm
7 Dekabr , 2016 20:44
Ərəb Dövlətləri Liqası nəzdində Əlyazmalar İnstitutunun direktoru Azərbaycan Milli Kitabxanasında olub

Bakı. 7 dekabr. REPORT.AZ/ Ərəb Dövlətləri Liqası nəzdində Əlyazmalar İnstitutunun direktoru doktor Feysəl Əl-Hafyan Azərbaycan Milli Kitabxanasında olub.

Mədəniyyət və Turizm Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, qonağın kitabxananın direktoru professor Kərim Tahirov ilə görüşündə Ərəb Dövlətləri Liqası nəzdində Əlyazmalar İnstitutu ilə Azərbaycan Milli Kitabxanası arasında əlaqələrin yaranmasının zəruriliyi bildirilib. Bununla yanaşı, Milli Kitabxanada ərəb dilində yazan azərbaycanlı müəlliflərin əsərlərindən ibarət sərginin təşkili və beynəlxalq elmi konfransın keçirilməsi müzakirə olunub.

Azərbaycan Milli Kitabxanası “Fotoalbom”, “Mədəniyyət və mədəni incilərimizin hamisi” mədəniyyət obyektlərini özündə əks etdirən xəritə, “Azərbaycan” , “Azərbaycan mətbəxi” kitabları qonağa hədiyyə verilib.

Son xəbərlər

Orphus sistemi