Dünya Səyahət Bazarı sərgisində Azərbaycanın turizm imkanları təbliğ olunub

Dünya Səyahət Bazarı sərgisində Azərbaycanın turizm imkanları təbliğ olunub Noyabr 8-9-da Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosu (ATB) Dünya Səyahət Bazarı sərgisində ("WTM London") iştirak edərək Azərbaycanın turizm imkanlarını nümayiş etdirib.
Turizm
10 Noyabr , 2021 14:41
Dünya Səyahət Bazarı sərgisində Azərbaycanın turizm imkanları təbliğ olunub

Noyabr 8-9-da Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosu (ATB) Dünya Səyahət Bazarı sərgisində ("WTM London") iştirak edərək Azərbaycanın turizm imkanlarını nümayiş etdirib.

Bu barədə "Report"a Agentlikdən məlumat verilib.

Bu il hibrit formatda – həm fiziki, həm də onlayn iştirakla keçirilən tədbirə Azərbaycan virtual formada iştirak edib.

Sərgi müddətində ABŞ, Brazilya, Kanada, Hindistan və Avropa dövlətlərindən olan turizm və media şirkətləri, eyni zamanda blogerlərlə ümumilikdə 40-a yaxın görüş keçirilib.

Azərbaycana səyahət etməyi planlaşdıran görüş iştirakçıları pandemiya dövründə ölkəmizə səfər edərkən daxilolma prosedurları və hotellərdə tətbiq olunan qaydalarla maraqlanıblar.

Bundan əlavə, onlara Azərbaycanda turizmlə bağlı son yeniliklər, dağ yürüşü marşrutları, quş müşahidəçiliyi turları, eyni zamanda, işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma işləri haqqında ətaflı məlumat verilib.

Azərbaycan 2002-ci ildən etibarən Dünya Səyahət Bazarı sərgisində iştirak edir.

Son xəbərlər

Orphus sistemi