Dövlət Turizm Agentliyinin sədri Yaponiyaya səfər edəcək

Dövlət Turizm Agentliyinin sədri Yaponiyaya səfər edəcək Bu həftənin sonu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Yaponiyaya səfər edəcək.
Turizm
8 Dekabr , 2022 11:53
Dövlət Turizm Agentliyinin sədri Yaponiyaya səfər edəcək

Bu həftənin sonu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Yaponiyaya səfər edəcək.

“Report” xəbər verir ki bunu jurnalistlərə açıqlamasında Agentlik yanında Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid bildirib.

“Hazırda Asiya bazarlarından turist cəlb edilməsi prioritetdir. Bərpa prosesi başlayandan bəri bizim əsas məqsədimiz o idi ki, sırf bizə yaxın olan və bundan öncəki illərdə Azərbaycana axın olan ölkələrdən turist cəlb edək. Bu, regional və Yaxın Şərq ölkələrdir. Amma bununla belə, ilin ikinci yarısında biz Avropa istiqamətinə də yönəldik. Əsasən Polşa, Çexiya və alman dilli ölkələrdə müxtəlif fəaliyyətlərimiz oldu. Asiya ilə bağlı da müxtəlif marketinq işlərimiz olacaq. Hazırda Asiyada bəzi ölkələr karantin səbəbindən bağlıdır və biz gözləyirik ki, Çin kimi bizə önəmli ölkələr karantindən çıxsın. Zamanı gəldikdə orada da fəaliyyətimiz başlayacaq”, - deyə o qeyd edib.

Son xəbərlər

Orphus sistemi