Dövlət Turizm Agentliyinin sədri İsmayıllıda vətəndaşları qəbul edib

Dövlət Turizm Agentliyinin sədri İsmayıllıda vətəndaşları qəbul edib Bu gün Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev İsmayıllının Basqal qəsəbəsində vətəndaşları qəbul edib.
Turizm
5 İyun , 2023 15:04
Dövlət Turizm Agentliyinin sədri İsmayıllıda vətəndaşları qəbul edib

Bu gün Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev İsmayıllı rayonunun Basqal qəsəbəsində vətəndaşları qəbul edib.

"Report" agentliyə istinadən xəbər verir ki, görüşdə sakinləri maraqlandıran suallar cavablandırılıb, onların fikirləri dinlənilib və müvafiq tapşırıqlar verilib.

Görüşdə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov da iştirak edib.

Agentlik ölkə prezidentinin “Basqal Dövlət Tarix Memarlıq Qoruğu haqqında” 3 oktyabr 2018-ci il sərəncamının icrası üçün qoruqda turizm infrastrukturu yaradılması üçün mərhələli şəkildə təmir, tikinti və bərpa işləri aparıb. İlkin mərhələdə bazar meydanı ərazisində XVII əsrə aid tarixi hamam bərpa olunub, 7 emalatxana təmir olunub. II mərhələdə bazar meydanı ərazisində qoruq üçün inzibati bina tikilib, ərazidə abadlıq işləri aparılıb. Küçələrin 1600 m-lik hissəsində divarlar, döşəmələr, qapı və darvazalar bərpa olunaraq tarixi mühitə uyğunlaşdırılıb, küçələr işıqlandırılıb, qəsəbənin girişində avtomobillər üçün dayanacaq, turizm məlumat mərkəzi tikilərək istifadəyə verilib.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva ötən ilin avqust ayında “Basqal” Dövlət Tarix-Memarlıq Qoruğuna səfər edərək burada aparılan yenidənqurma və bərpa işləri ilə yaxından tanış olublar.

Növbəti mərhələ üzrə Şeyx Məhəmməd və Hacı Bədəl məscidinin bərpası, Basqal Mədəniyyət evinin əsaslı təmiri, keçmiş məktəb binasının (çoxtəyinatlı turizm mərkəzi) əsaslı təmiri, 6 tarixi evin bərpası planlaşdırılır. Bununla yanaşı, Basqala səfər edən turistlərin sayı artan templə davam etdiyindən, Basqal meydanından Basqal tarixi qəbiristanlığına gedən yolun abadlaşdırılaraq turizm marşrutuna əlavə olunması, Partizan Məmmədin evinin təmir olunaraq muzeyin yaradılması və digər işlər də nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi