Dövlət Turizm Agentliyində BMT rəsmisi ilə görüş

Dövlət Turizm Agentliyində BMT rəsmisi ilə görüş Bu gün Dövlət Turizm Agentliyinin (DTA) sədri Fuad Nağıyev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsakzaini qəbul edib.
Turizm
10 Mart , 2020 18:59
Dövlət Turizm Agentliyində BMT rəsmisi ilə görüş
tourism.gov.az

Bu gün Dövlət Turizm Agentliyinin (DTA) sədri Fuad Nağıyev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsakzaini qəbul edib. 

Bu barədə "Report"a DTA-dan məlumat verilib.

Məlumata görə, görüş çərçivəsində Q.İsakzaiyə Agentliyin əsas fəaliyyət istiqamətləri, tabeliyində olan təşkilatlar, Azərbaycanın müxtəlif regionlarında yaradılmış Destinasiya Menecmenti Təşkilatları və Azərbaycan Turizm Bürosunun xarici ölkələrdəki rəsmi turizm nümayəndəliklərinin fəaliyyətləri barədə ətraflı məlumat verilib.

BMT rəsmisi “2021-2025-ci illər üzrə BMT və Azərbaycan Hökuməti tərəfdaşlıq çərçivəsi sənədi”nin hazırlanması istiqamətində hazırda müvafiq işlərin aparıldığı barədə məlumat verib. O, bu sənədin inkişafa yardım məqsədi daşıdığını və əməkdaşlığa töhfə verdiyini diqqətə çatdırıb.

Görüşdə hazırda dünya miqyasında turizm sahəsində baş verən dəyişikliklər haqqında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi