Dövlət Turizm Agentliyi Tel-Aviv və Dohada sərgilərdə iştirak edəcək

Dövlət Turizm Agentliyi Tel-Aviv və Dohada sərgilərdə iştirak edəcək Təkliflərə müvafiq olaraq sentyabrın 17-si, saat 12:00-da və sentyabrın 24-ü, saat 12:00-da qeyd olunan ünvanda baxılacaq.
Turizm
1 Sentyabr , 2021 10:34
Dövlət Turizm Agentliyi Tel-Aviv və Dohada sərgilərdə iştirak edəcək

Dövlət Turizm Agentliyi oktyabrın 26-27-si İsrailin Tel-Aviv şəhərində, noyabrın 16-18-i Qətərin Doha şəhərində keçiriləcək turizm sərgilərində agentlik üçün açar təhvili üsulu ilə sərgi stendinin quraşdırılması işləri üçün 2 təkliflər sorğusu elan edib.

“Report” xəbər verir ki, iddiaçılar təklifləri 1-ci təkliflər üzrə sentyabrın 16-sı, saat 18:00-a qədər, 2-ci təkliflər sorğusu üzrə isə sentybarın 23-ü, saat 18:00-a qədər agentliyin yerləşdiyi Bakı şəhəri, Nizami küçəsi, 96E (Landmark 1) ünvanına təqdim edə bilərlər.

Təkliflərə müvafiq olaraq sentyabrın 17-si, saat 12:00-da və sentyabrın 24-ü, saat 12:00-da qeyd olunan ünvanda baxılacaq.

Son xəbərlər

Orphus sistemi