Dövlət Turizm Agentliyi Peşə Təhsili Dövlət Agentliyilə əməkdaşlığa başladı

Dövlət Turizm Agentliyi Peşə Təhsili Dövlət Agentliyilə əməkdaşlığa başladı Dövlət Turizm Agentliyi bu aydan Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə “Regional İnnovativ Turizm Məhsulu” (RİTM) proqramı çərçivəsində əməkdaşlığa başlayıb.
Turizm
23 İyul , 2021 10:59
Dövlət Turizm Agentliyi Peşə Təhsili Dövlət Agentliyilə əməkdaşlığa başladı

Dövlət Turizm Agentliyi bu aydan Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə “Regional İnnovativ Turizm Məhsulu” (RİTM) proqramı çərçivəsində əməkdaşlığa başlayıb.

"Report" xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyi məlumat yayıb.

Məlumata görə, qurumun təqdim etdiyi layihənin əsas məqsədi regionlarda turizm və qonaqpərvərlik sənayesinin davamlı və dayanıqlı inkişafını təmin etmək, eyni zamanda adıçəkilən sahələrdə yerli sakinlər üçün məşğulluq imkanları yaratmaqdan ibarətdir.

Regionlarda turizm startaplarının dəstəklənməsini, eləcə də regional turizmə investisiyaların cəlb edilməsini təmin edən layihədə müvafiq turizm bölgələrindən Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi, Şəki Dövlət Peşə Təhsil Mərkəzi, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi, Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi və İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzi iştirak edir. Sözügedən peşə təhsil müəssisələrindən olan iştirakçılar ideyalarını https://ritm.tourismboard.az/ rəsmi səhifəsi vasitəsilə qeydiyyatdan keçərək təqdim edəcəklər. Layihə üzrə ideyaların qəbulu 6 avqust 2021-ci il tarixinin qədər davam edəcək.

Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə yanaşı “RİTM” proqramına tərəfdaş qismində qatılan şirkətlər arasında Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ), İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və beynəlxalq audit şirkəti olan “PricewaterhouseCoopers” (PwC) da yer almaqdadır.

“RİTM” regional sahibkarlıq proqramı turizm sahəsi üzrə investorları və İT mütəxəssislərini cəlb etməklə innovativ startaplara təkan verilməsi, yerli əhalinin sahibkarlıq sahəsində potensialının inkişaf etdirilməsi, eləcə də turizm üzrə fəaliyyət göstərən kiçik və orta sahibkarların dəstəklənməsi istiqamətində fəaliyyət göstərəcək.

Son xəbərlər

Orphus sistemi