Dövlət Turizm Agentliyi Bakı, Abşeron və Xızı ərazisinə infotur təşkil edib

Dövlət Turizm Agentliyi Bakı, Abşeron və Xızı ərazisinə infotur təşkil edib Dövlət Turizm Agentliyi Azərbaycanın təbiət ərazilərini tanıtmaq və nümayiş etdirmək, ekoturizm fəaliyyətlərini təşviq etmək məqsədilə Bakı şəhəri, Abşeron və Xızı rayonlarına infotur təşkil edib.
Turizm
1 Noyabr , 2024 16:41
Dövlət Turizm Agentliyi Bakı, Abşeron və Xızı ərazisinə infotur təşkil edib

Dövlət Turizm Agentliyi Azərbaycanın təbiət ərazilərini tanıtmaq və nümayiş etdirmək, ekoturizm fəaliyyətlərini təşviq etmək məqsədilə Bakı şəhəri, Abşeron və Xızı rayonlarına infotur təşkil edib.

"Report" agentliyə istinadən xəbər verir ki, müxtəlif turoperator və turagentliklərin nümayəndələri, videobloger və müstəqil bələdçilərin iştirakı ilə təşkil edilən infotur çərçivəsində Abşeron və Altıağac Milli Parkları, habelə təbiət və ekoturizm potensialı olan digər ərazilər ziyarət olunub.

Onlar ekoturizmlə bağlı olan fəaliyyətlər, tarixi və mədəni turizm məhsulları ilə yaxından tanış olublar.

Bundan öncə təşkil edilən infoturlar iki marşrut üzrə olmaqla, Oğuz, Şəki, Qax, həmçinin Kəlbəcər, Xankəndi, Şuşa və Xocavənd rayonlarını əhatə edib.

İnfoturlar “2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”na uyğun keçirilir. Əsas məqsəd bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsinin təmin edilməsi, bölgələrdə turizm sənayesinin fəaliyyət miqyasını genişləndirmək, turizm vasitəsilə "yaşıl artım" konsepsiyasını dəstəkləmək, həmçinin bunun nəticəsində regionlarda məşğulluq səviyyəsini artırmaqdır.

Son xəbərlər

Orphus sistemi