Dövlət Aqrar Ticarət Şirkəti və Bakı Turizm İnformasiya Mərkəzi əməkdaşlıq memorandumu imzalayıb

Dövlət Aqrar Ticarət Şirkəti və Bakı Turizm İnformasiya Mərkəzi əməkdaşlıq memorandumu imzalayıb Bakı. 23 noyabr. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyi tabeliyində Dövlət Aqrar Ticarət Şirkəti ilə Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi tabeliyində Bakı Turizm İnformasiya Mərkəzi arasında əməkdaşlıq memorandumu imzalanıb.
Turizm
23 Noyabr , 2018 16:07
Dövlət Aqrar Ticarət Şirkəti və Bakı Turizm İnformasiya Mərkəzi əməkdaşlıq memorandumu imzalayıb
0 : 00
0 : 00

Bakı. 23 noyabr. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyi tabeliyində Dövlət Aqrar Ticarət Şirkəti ilə Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi tabeliyində Bakı Turizm İnformasiya Mərkəzi arasında əməkdaşlıq memorandumu imzalanıb.

"Report" xəbər verir ki, Dövlət Aqrar Ticarət Şirkətində baş tutan imzalanma mərasimində Dövlət Aqrar Ticarət Şirkətinin direktoru Leyla Məmmədova və Bakı Turizm İnformasiya Mərkəzinin direktoru Rüfət Bağırov qurumların fəaliyyəti haqqında məlumat veriblər.

Rüfət Bağırov bildirib ki, memorandumun əsas əhəmiyyəti odur ki, Dövlət Aqrar Ticarət Şirkətinin dəstəyi ilə Azərbaycanın yerli məhsullarının Bakıda və ya digər yerlərdə nümayiş etdirilməsi və satılması üçün fermerlərə şərait yaradılacaq: “Biz çalışacağıq ki, turistləri yerli məhsullarla tanış edək. Həmçinin Turizm Agentliyinin iştirak edəcəyi beynəlxalq sərgilərdə "Kənddən Şəhərə" brendini təqdim edəcəyik".

Qeyd edək ki, memorandumun imzalanmasında məqsəd hər iki qurum arasında faydalı əməkdaşlıq qurmaq və birgə tədbirlər həyata keçirməklə turistlərin kənd təsərrüfatı məhsulları haqqında maarifləndirməsini təmin etmək, Bakıda və ümumiyyətlə, bütün ölkədə aqrar turizmin inkişafına dəstək göstərməkdir.

Son xəbərlər

Orphus sistemi