Daşaltı kəndində turizm infrastrukturunun qurulmasına başlanılır

Turizm
  • 24 oktyabr, 2024
  • 07:31
Daşaltı kəndində turizm infrastrukturunun qurulmasına başlanılır

Şuşanın Daşaltı kəndində turizm infrastrukturunun yaradılması işlərinin aparılması üçün ehtimal olunan xərclər 3 milyon 780 min 796,5 manat təşkil edir.

Bu barədə "Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir.

Bu, Dövlət Turizm Agentliyinin elan etdiyi satınalma şərtlərində öz əksini tapıb.

Təchizatçılar tenderdə iştirak üçün təkliflərinin təqdim edilməsi ilə bağlı 25 manat istifadə haqqı və 1 000 manat iştirak haqqı ödəməlidirlər.

İştirak haqqı təchizatçıların sayının üçdən az olmasına görə satınalmanın baş tutmadığı hallar istisna olmaqla, istifadə haqqı isə heç bir halda geri qaytarılmır.

Təkliflər noyabrın 14-i saat 16:00-a kimi təqdim edilməlidir. Zərflər həmin gün eyni saatda açılacaq.

Son xəbərlər

Bütün Xəbər Lenti