“Azərbaycan ilə Çexiya arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi münasibətilə bir sıra tədbirlərin keçirilməsi gözlənilir”.
"Report" xəbər verir ki, bunu Çex Respublikasının Azərbaycandakı səfiri Milan Sedlaçek Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunmuş tədbirdə deyib.
Səfirin sözlərinə görə, bu il Çexiyanın turizm potensialının nümayiş etdiriləcəyi tədbirin keçirilməsi planlaşdırılır.
"Hazırda ölkələrimiz iqtisadiyyat, enerji, ticarət, turizm, mədəniyyət və təhsil sahələrində əməkdaşlığın dərinləşdirilməsində maraqlıdır. Avropadakı enerji böhranı ilə əlaqədar olaraq enerji təhlükəsizliyi Avropa İttifaqının (Aİ) gündəliyində birinci yeri tutur. Qeyd etmək istərdim ki, Azərbaycan Çex Respublikasının ikinci ən böyük neft tədarükçüsüdür”, - Milan Sedlaçek bildirib.