Çavuşoğlu rusiyalı turistləri ölkəsinə rus dilində dəvət edib - VİDEO

Çavuşoğlu rusiyalı turistləri ölkəsinə rus dilində dəvət edib - VİDEO Türkiyə rusiyalı turistlərin sayında artım gözləyir
Turizm
6 May , 2018 14:15
Çavuşoğlu rusiyalı turistləri ölkəsinə rus dilində dəvət edib - VİDEO

Bakı. 6 may. REPORT.AZ/ Türkiyə ölkəyə gələn rusiyalı turistlərin sayıda artım gözləyir.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "CNN Turk" telekanalına rus dilində müsahibəsində deyib.

"Rusiyadan daha çox turist görmək istəyirik. Türkiyə çox gözəl ölkədir və Antalya gözəl şəhərdir. Türk mətbəxi çox dadlıdır", - deyə Çavuşoğlu bildirib.

2017-ci ildə Türkiyəyə 4,72 milyon rusiyalı turist gəlib ki, bu da 2016-cı ilin göstəricilərini 5,5 dəfə üstələyir.

Son xəbərlər

Orphus sistemi