Bu ilin 9 ayında Azərbaycandan Rusiyaya 665 min turist gedib

Bu ilin 9 ayında Azərbaycandan Rusiyaya 665 min turist gedib Bakı. 10 dekabr. REPORT.AZ/ Bu ilin ilk 9 ayı ərzində Azərbaycandan Rusiyaya gedən turistlərin sayı 1,5% artaraq 665 min nəfərə çatıb.
Turizm
10 Dekabr , 2018 11:27
Bu ilin 9 ayında Azərbaycandan Rusiyaya 665 min turist gedib

Bakı. 10 dekabr. REPORT.AZ/ Bu ilin ilk 9 ayı ərzində Azərbaycandan Rusiyaya gedən turistlərin sayı 1,5% artaraq 665 min nəfərə çatıb.

“Report” Rusiya KİV-ə istinadən xəbər verir ki, hesabat dövründə bu ölkəyə turist səfərlərinin ümumi sayı bu ilin 9 ayı ərzində 1,4% artaraq 19 milyon 245 min təşkil edib.

"Turstat" analitik təşkilatının mütəxəssisləri bildiriblər ki, Cənub-Şərqi Asiya, Amerika Birləşmiş Ştatları və Avropa Birliyi (AB) ölkələrindən gələn turistlərin çoxalması bu il Rusiyada futbol üzrə Dünya Çempionatının keçirilməsi ilə bağlı olub.

Dünya çempionatı sayəsində Avropadan Rusiyaya səfər edənlərin sayında artım belə olub: Almaniya (yanvar-sentyabrda 546 min + 10%), Fransa (168 min, + 13%), İtaliya (165 min, + 9%), İspaniya (103 min, + 6%), Xorvatiya (26 min, + 3,7 dəfə) və Portuqaliya (17 min, + 31%). Bundan əlavə, ABŞ (300 min səfər, + 19%), Böyük Britaniya (174 min, + 14%), Kanada (54 min, + 17%) və Avstraliyadan (62 min, +48%) gələn turistlərin sayında da artım müşahidə olunub.

Eyni zamanda, Ukraynadan Rusiyaya 6,4 milyon nəfər (-4%), Qazaxıstandan 2,7 milyon (+ 1%), Çindən 1,4 milyon (+ 14%), Finlandiyadan 720 min (-8%) turist gəlib.

Qeyd edək ki, 2017-ci ildə Rusiyaya turist səfərlərinin ümumi sayı 24 milyon 390 min təşkil edib. 

Son xəbərlər

Orphus sistemi