Yuxarı

Bu il Azərbaycana gələn turistlərin sayı açıqlanıb

​Bu il Azərbaycana gələn turistlərin sayı açıqlanıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycana dünyanın 190 ölkəsindən 2 138,7 min və ya 2018-ci ilin yanvar-avqust ayları ilə müqayisədə 8,2% çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, gələnlərin 30,6%-i Rusiya Federasiyası, 22,1%-i Gürcüstan, 9,5%-i Türkiyə, 7,7%-i İran, 4%-i Səudiyyə Ərəbistanı, 2,2%-i Birləşmiş Ərəb Əmirlikləri, hər birindən 1,8% olmaqla Ukrayna və Hindistan, 1,7%-i İraq, hər birindən 1,5% olmaqla Türkmənistan və Qazaxıstan, 1,4%-i İsrail, 1,3%-i Pakistan, 1,2%-i Böyük Britaniya, 11,6%-i digər ölkələrin vətəndaşları, 0,1%-i isə vətəndaşlığı olmayan şəxslər olub.

Gələnlərin 65,9%-ini kişilər, 34,1%-ini isə qadınlar təşkil edib.

Ölkəmizə yanvar-avqust aylarında gələnlərin sayında daha çox artım Türkmənistan (80,4%), Misir (76,7%), Çin (68,5%), Hindistan (68%), Filippin (44,3%), Macarıstan (40,7%), Səudiyyə Ərəbistanı (38,6%), Polşa (32%), İspaniya (29,4%), Böyük Britaniya (27,9%), Cənubi Koreya (25,8%), Yaponiya (24,7%), Gürcüstan (22,8%) və Almaniya (22,5%) vətəndaşları arasında qeydə alınıb.

Bu ilin yanvar-avqust aylarında Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 25,3% artaraq 96,5 min nəfər, MDB ölkələrindən gələnlərin sayı isə 7,5% artaraq 788,8 min nəfər olub.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 57,9%-i dəmir yolu və avtomobil, 41,3%-i hava, 0,8%-i isə su nəqliyyatından istifadə edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi