Bolqarıstan yay turizm mövsümünün başlama tarixini açıqladı

Bolqarıstan yay turizm mövsümünün başlama tarixini açıqladı Bolqarıstan hökuməti yay turizm mövsümünü iyulun 1-də açmaq niyyətindədir.
Turizm
28 Aprel , 2020 14:20
Bolqarıstan yay turizm mövsümünün başlama tarixini açıqladı

Bolqarıstan hökuməti yay turizm mövsümünü iyulun 1-də açmaq niyyətindədir.

“Report” Bolqarıstan Milli Radioya (BNR - Radio Bulgaria) istinadən xəbər verir ki, bu barədə turizm naziri Nikolina Angelkova bildirib. 

Nazir iyun ayının ortalarından etibarən gec yay mövsümünə hazırlıqlara başlayacaqlarını da qeyd edib.

Turizm sektorunun payına ÜDM-in 12 faizi, iş yerlərinin də 11 faizinin düşdüyü üçün koronavirusun yaratdığı böhran vəziyyətindən qısa zamanda qurtularaq canlanmasının vacibliyini dilə gətirən nazir sektorun birləşməsi və yüksək keyfiyyətli yerli turizm zərflərinin hazırlanmasına çağırıb.

Qeyd edək ki, son məlumata görə Bolqarıstanda COVID-19 vurusuna yoluxanlar 1 387 nəfər, ölənlər 58 nəfərdir. Mart ayının 13-dən ölkədə bir ay müddətinə fövqəladə vəziyyət rejimi tətbiq edilib, sonradan may ayının 13-dək uzadılıb.

Son xəbərlər

Orphus sistemi