Ruslan Quliyev: “Bölgələrdəki mehmanxanalar POS-terminallardan istifadə etməkdə maraqlı deyillər”

Ruslan Quliyev: “Bölgələrdəki mehmanxanalar POS-terminallardan istifadə etməkdə maraqlı deyillər” Azərbaycan banklarının bölgələrdə yerləşən filialları mikro kreditlərin verilməsi ilə bağlı lazımi qədər təşəbbüs göstərmirlər.
Turizm
16 Yanvar , 2020 18:35
Ruslan Quliyev: “Bölgələrdəki mehmanxanalar POS-terminallardan istifadə etməkdə maraqlı deyillər”

"Azərbaycan banklarının bölgələrdə yerləşən filialları mikro kreditlərin verilməsi ilə bağlı lazımi qədər təşəbbüs göstərmirlər". 

Bunu "Report"a açıqlamasında Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının prezidenti Ruslan Quliyev deyib.

O, bu barədə iş adamlarının, o cümlədən turizm sektorunda fəaliyyət göstərən sahibkarların Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmovla görüşdə səsləndirdiyi təkliflər barədə məlumat verərkən danışıb. 

"Ekoturizm, kənd-yaşıl turizm və aqro turizmlə bağlı müxtəlif şirkət və təşkilatların irəli sürdüyü layihələrə yerli icmalar cəlb edilir. Banklar da maraqlı olmalıdır ki, burada çox risk daşımayan maliyyələşdirmə ilə məşğul olsunlar. Əslində banklarda biznesin inkişafı şöbəsi aktiv olmalıdır. Hətta onlar özləri də biznesin inkişafı layihələri təklif edə bilərlər. Bu həm Cənub, həm Şimal, həm də Şimal-Qərb marşrutu üzrə mümkün ola bilər", - o qeyd edib. 

Bundan başqa, ekspertin sözlərinə görə, Azərbaycana turist axını artsa da, plastik kartlarla ödəmələrin məbləğində ciddi artım yoxdur: "Bunu bir sıra obyektiv, subyektiv səbəbləri var. Belə ki, bölgələrdəki mehmanxanalar və digər ictimai iaşə obyektləri POS-terminallardan istifadə etməkdə maraqlı deyillər. Onlar bunun üçün müxtəlif bəhanələr gətirirlər. Amma turoperatorlar öz fəaliyyətində nağdsız ödənişdə maraqlıdır. Bu həm də Vergilər Nazirliyinin marağında olmalıdır. Banklar da bu işdə təşəbbüskar olmalıdır, yerli iş adamları üçün həvəsləndirici kampaniyalar həyata keçirməlidirlər”.

Son xəbərlər

Orphus sistemi