Beynəlxalq tədbirlərdə Qarabağın turizm imkanları təbliğ olunub

Beynəlxalq tədbirlərdə Qarabağın turizm imkanları təbliğ olunub “Tour Expo Tourism Fair” sərgisində Özbəkistanın 150-ə yaxın turizm şirkəti təmsil olunub. ATB tərəfindən ümumilikdə 16 B2B (Biznesdən-biznesə) formatlı görüş keçirilib.
Turizm
12 Dekabr , 2020 14:57
Beynəlxalq tədbirlərdə Qarabağın turizm imkanları təbliğ olunub

Dekabrın 9-10-da Azərbaycan Turizm Bürosu (ATB) tərəfindən Cənubi Asiya ölkələrinin iştirak etdiyi “Travel Meet Asia 2020” və Özbəkistanın turizm şirkətlərinin qatıldığı “Tour Expo Tourism Fair” adlı virtual tədbirlərdə Qarabağ və onun turizm imkanları təbliğ edilib.

Bu barədə “Report” Turizm Bürosuna istinadən xəbər verir.

Məlumata görə, tədbirlər çərçivəsində keçirilmiş görüş və vebinarlarda iştirakçılara Azərbaycanın, xüsusilə işğaldan azad edilmiş ərazilərin turizm imkanları haqda məlumat verilib.

“Travel Meet Asia” roudşousuna 300-ə yaxın xarici turizm təşkilatı ilə birgə Azərbaycanı təmsil edən 6 turizm şirkəti qatılıb. ATB əməkdaşları ümumilikdə 12-dən çox şirkətlə onlayn görüş keçiriblər.

“Tour Expo Tourism Fair” sərgisində Özbəkistanın 150-ə yaxın turizm şirkəti təmsil olunub. ATB tərəfindən ümumilikdə 16 B2B (Biznesdən-biznesə) formatlı görüş keçirilib.

Virtual görüşlərdə Azərbaycanda müalicəvi turizm məhsullarına maraq ifadə olunub, həmçinin birgə turların təşkilinin zəruliyi qeyd edilib.

Son xəbərlər

Orphus sistemi