Beynəlxalq onlayn seminarda SAHMAN müzakirələri

Beynəlxalq onlayn seminarda SAHMAN müzakirələri Ümumdünya Turizm Bələdçiləri Assosiasiyaları Federasiyası (WFTGA) tərəfindən “Dünya ölkələrinin nümunəsində pandemiya dövründə təlimçi və bələdçi fəaliyyəti” mövzusunda onlayn seminar təşkil edilib.
Turizm
28 Avqust , 2020 15:11
Beynəlxalq onlayn seminarda SAHMAN müzakirələri

Ümumdünya Turizm Bələdçiləri Assosiasiyaları Federasiyası (WFTGA) tərəfindən “Dünya ölkələrinin nümunəsində pandemiya dövründə təlimçi və bələdçi fəaliyyəti” mövzusunda onlayn seminar təşkil edilib.

Bu barədə “Report”a Dövlət Turizm Agentliyindən bildirilib.

Məlumata görə, 55 ölkədən beynəlxalq təlimçilərin qatıldığı seminarda ölkəmizi Azərbaycan Turizm Bələdçiləri Assosiasiyasının həmtəssisçisi və Ümumdünya Turizm Bələdçiləri Assosiasiyaları Federasiyasının beynəlxalq təlimçisi Səkinə Əsgərova təmsil edib.

Təqdimatda karantin dövründən sonra turistlərin gigiyena və sağlamlıq təhlükəsizliyi normaları ilə bağlı gözləntilərinin qarşılanması, təhlükəsiz turizm ölkəsi imicini formalaşdırmaq məqsədilə turizm və qonaqpərvərlik sənayesi üçün tərtib olunan SAHMAN proqramı haqqında ətraflı məlumat verilib.

Bələdçi peşəsində xidmət keyfiyyəti saxlanılmaqla postpandemiya standartlarına peşəkar şəkildə adaptasiyasını təmin edən SAHMAN proqramının standartlar toplusu Ümumdünya Turizm Bələdçiləri Assosiasiyaları Federasiyasının İdarə Heyəti tərəfindən yüksək qiymətləndirilib. Proqramın praktikliyi və innovativ meyarlara söykənməsi əcnəbi mütəxəssislərin də marağını cəlb edib.

Seminarda həmçinin ilk dəfə onlayn təmasa üstünlük verilən, UNESKO və UNWTO kimi beynəlxalq turizm təşkilatları ilə birgə hazırlanan beynəlxalq standartlı bələdçi təlimlərinin hibrid edilmiş proqramı da təqdim edilib.

Son xəbərlər

Orphus sistemi