BƏƏ, Hindistan və Çin turoperatorları ilə əlaqələr genişləndirilir

BƏƏ, Hindistan və Çin turoperatorları ilə əlaqələr genişləndirilir Bu ilin noyabrın 18-19 da Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Birləşmiş Ərəb Əmirlikləri, Hindistan və Çindən olan turoperatorlarla yerli turizm şirkətləri arasında tanışlıq görüşləri baş tutub.
Turizm
19 Noyabr , 2019 14:49
BƏƏ, Hindistan və Çin turoperatorları ilə əlaqələr genişləndirilir

Bu ilin noyabrın 18-19 da Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Birləşmiş Ərəb Əmirlikləri, Hindistan və Çindən olan turoperatorlarla yerli turizm şirkətləri arasında tanışlıq görüşləri baş tutub.

Dövlət Turizm Agentliyindən “Report”a verilən məlumata görə, BƏƏ turoperatoru ilə görüşdə Azərbaycanı təmsil edən 80 turizm şirkəti iştirak edib və ikitərəfli müzakirələr çərçivəsində qonaqlara turizm üzrə ətraflı məlumat verilib.

Məlumata görə, 50 yerli turizm şirkətinin iştirak etdiyi Hindistan turoperatorları ilə görüş çərçivəsində ölkəmizin turizm potensialı, xüsusilə bu ölkə vətəndaşlarının maraq göstərdiyi toy turizmi üzrə yerli imkanları əks etdirən təqdimat nümayiş olunub və əməkdaşlıq perspektivləri qiymətləndirilib.

Çindən olan turizm şirkətləri ilə görüş zamanı isə Azərbaycan və onun turizm imkanları, mövcud infrastruktur, hotellər, milli mətbəx, turizm marşrutları barədə geniş məlumat verilib, 60 yerli turizm şirkətinin iştirakı ilə B2B (Biznesdən-biznesə) formatlı müzakirələr baş tutub.

Hər üç ölkədən olan turizm şirkətləri nümayəndələrinin regionlarda yerləşən hotellər, turizm və xidmət obyektləri, eləcə də tarixi məkanlara səfərləri təşkil ediləcək.

Xatırladaq ki, 2018-ci ilin sonundan etibarən BƏƏ-nin Dubay, Hindistanın Mumbay, Çinin Pekin şəhərində ölkəmizin rəsmi turizm nümayəndəliyi fəaliyyət göstərir.

Son xəbərlər

Orphus sistemi