"Bakutel-2014" sərgisində 200-ə yaxın şirkət iştirak edəcək

"Bakutel-2014" sərgisində 200-ə yaxın şirkət iştirak edəcək Sərgidə ən çox iştirakçı Azərbaycandan olacaq
Turizm
107
28 Noyabr , 2014 14:27
Bakutel-2014 sərgisində 200-ə yaxın şirkət iştirak edəcək
Bakı. 28 noyabr. REPORT.AZ/ Dekabr ayının 2-5-də "Baku Expo Center" Sərgi Kompleksində keçiriləcək "Bakutel" kommunikasiya və informasiya texnologiyaları sərgisində dünyanın 23 ölkəsindən 195 xarici və yerli şirkət iştirak edəcək. Bu barədə "Report" "Bakutel" saytına istinadən xəbər verir.

Sərgidə HP, Lenovo, Huawei, ElbitSystems, Intel və s. kimi məşhur şirkətlər iştirak edəcəklər. 

Sərgidə ən çox iştirakçı Azərbaycandan olacaq. Tədbirdə Azərbaycanın 58 şirkəti təmsil olunacaq. 

Son xəbərlər

Orphus sistemi