Bakıdan BƏƏ-yə gedənlərə xəbərdarlıq - “Fly Dubai” bəzi sənədlər barədə bildiriş vermir

Bakıdan BƏƏ-yə gedənlərə xəbərdarlıq - “Fly Dubai” bəzi sənədlər barədə bildiriş vermir Qeydiyyatdan keçməklə bağlı cavab 1 sutka və ya daha gec müddətdə gəlir ki, bu da məsələdən gec xəbər tutan sərnişinin reysi qaçırmasına səbəb ola bilər.
Turizm
11 Avqust , 2020 12:54
Bakıdan BƏƏ-yə gedənlərə xəbərdarlıq - “Fly Dubai” bəzi sənədlər barədə bildiriş vermir

Azərbaycandan Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) uçuşlar hazırda “Fly Dubai” şirkəti vasitəsilə həyata keçirilir. Pandemiya ilə əlaqədar olaraq Bakıdan Dubaya gedən sərnişinlərdən iki forma doldurulması tələb olunur. Bunlardan biri sağlamlıq haqqında olur, Dubaya getmək istəyən şəxsin COVID-19 virusuna yoluxub-yoluxmaması, bu virusu daşıyanlarla ünsiyyətdə olub-olmaması ilə bağlı məlumatları əks etdirir. Digəri isə BƏƏ hökümətinin xüsusi formasıdır ki, burada da uçuş edən şəxsin Dubayda yaşayacağı ünvan, əlaqə telefonu və digər məlumatlar qeyd olunur.

Son günlərdə "Report"a müraciət edən bir neçə nəfər rastlaşdığı böyük çətinliklərlə bağlı fikirlərini bölüşüb. Belə ki, bilet alan zaman yuxarıda qeyd olunan məsələlər barədə xəbərdarlıq olunsada, bu məlumatların qeyd edilməsi Bakıdan Dubaya uçmaq üçün kifayət etmir. BƏƏ-yə turist vizası ilə uçanlardan sığorta şəhadətnaməsi, rezident vizası ilə gedənlərdən isə BƏƏ-dən xüsusi icazə və bu icazənin yazılı şəkildə göstərilməsi tələb olunur.

Nəticədə, Dubaya bilet alan zaman rezident vizası üçün BƏƏ-dən xüsusi yazılı icazə alınması ilə bağlı şirkət tərəfindən heç bir məlumat verilmir. Yalnız reys üçün qeydiyyata yaxınlaşan zaman icazəsi olmayanları qeydiyyata almırlar və rezidentlərin əvvəlcədən icazə almalı olduqlarını bildirirlər. Həmin icazəni almaq üçün “Fly Dubai” şirkətinin saytında qeydiyyat formasını tapıb doldurmaq lazımdır. Bu zaman isə qeydiyyatdan keçməklə bağlı cavab 1 sutka və ya daha gec müddətdə gəlir ki, bu da məsələdən gec xəbər tutan sərnişinin reysi qaçırmasına səbəb ola bilər.

“Fly Dubai” şirkətindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, rezident vizası almaq istəyənlərə BƏƏ-ə daxil olmaq üçün həmin ölkədən icazə almaları ilə bağlı əvvəlcədən məlumat verilir:

“BƏƏ-yə rezident vizası ilə gedənlərin mütləq icazəsi olmalıdır. Bununla bağlı BƏƏ-nin miqrasiya qurumundan icazə alınmalıdır. Şirkətimizin saytında bu icazə ilə bağlı qeydiyyatdan keçmək üçün link yerləşdirilib. İcazə üçün müraciəti son günə saxlamaq olmaz. Sərnişinlər bilet almazdan öncə icazə üçün müraciət etməli və yalnız təsdiq cavabı gəldikdən sonra bilet almalıdırlar. Təsdiq cavabı 21 gün ərzində qüvvədə olur. Yəni sərnişin təsdiq cavabı gəldikdən sonra 21 gün ərzində uçuş edə bilər. Şirkətin saytında turistlər və rezidentlər üçün uçuş prosedurunun bütün qaydaları qeyd olunub. O cümlədən, rezidentlərin BƏƏ-dən icazə alması ilə də bağlı məlumat yerləşdirilib. Əlavə olaraq bizim ofisdən də həm bilet, həm də viza almaq istəyən sərnişinlərə BƏƏ-dən icazə almalı olduqları ilə bağlı əvvəlcədən xəbərdarlıq edilir”.

Şirkət şikayətçilərin dedikləri təkzib etdiyindən müştərilərə verilən bütün bildirişlərin fotosunu təqdim edirik. Göründüyü kimi heç bir bildirişdə nə turist vizası ilə uçanlardan sığorta şəhadətnaməsi, nə rezident vizası ilə gedənlərdən xüsusi icazə alınması ilə bağlı xəbərdarlıq görünmür:

Son xəbərlər

Orphus sistemi