Bakıda turizm sahəsində rəqəmsal marketinqlə bağlı təlim keçirilib

Bakıda turizm sahəsində rəqəmsal marketinqlə bağlı təlim keçirilib Tədbirdə rəqəmsal və sosial marketinqlə bağlı müzakirlər aparılıb
Turizm
6 Aprel , 2016 10:18
Bakıda turizm sahəsində rəqəmsal marketinqlə bağlı təlim keçirilib

Bakı. 6 aprel. REPORT.AZ/ Azərbaycan Turizm və Menecment Universitetinin “Biznes idarəçiliyi” fakültəsi “Marketinq” kafedrasının təşkilatçılığı ilə “Yeni iqtisadi sistem, yeni marketinq konsepsiyasi - Rəqəmsal Marketinq” adlı təlim keçirilib.

Universitetdən “Report”a bildirilib ki, tədbirə tələbələrin praktik bilgilərinin artırılması məqsədilə tanınmış brend sayılan “Çinici” şirkətinin marketoloqu ve PR meneceri Pərvanə Fikrətli təlimçi qismində dəvət edilib.

Təlimdə kafedranın müdiri Anar Eminov, “Biznes idarəçiliyi” fakültəsinin dekan müavini Anar Mirzəyəv, kafedranın əməkdaşları Aytən Məmmədova, Elmira Hacıyeva, Elməddin Hacıyev, "Menecment" kafedrasından Vidadi Baxışov və tələbələr iştirak ediblər.

Təlimçi P.Fikrətli “Rəqəmsal marketinq və Sosial marketinq”in Azərbaycanda mövcud vəziyyətindən və əhəmiyyətindən danışıb, həmçinin mövzu ilə əlaqədar qabaqcıl şirkətlərin iş prinsiplərindən nümunələr təqdim edib.

Sonda təlimdə fərqlənən tələbələrə “Biznes idarəçiliyi” fakültəsinin dekan müavini A.Mirzəyev tərəfindən sertifikatlar təqdim edilib.

Son xəbərlər

Orphus sistemi