Bakıda keçiriləcək "Best of India" sərgisində 100-ə yaxın Hindistan şirkəti təmsil olunacaq

Bakıda keçiriləcək "Best of India" sərgisində 100-ə yaxın Hindistan şirkəti təmsil olunacaq Bakı. 12 mart. REPORT.AZ/ Hindistan və Azərbaycan sıx və qarşılıqlı faydalı əməkdaşlıq edir.
Turizm
12 Mart , 2018 17:05
Bakıda keçiriləcək Best of India sərgisində 100-ə yaxın Hindistan şirkəti təmsil olunacaq

Bakı. 12 mart. REPORT.AZ/ "Hindistan və Azərbaycan sıx və qarşılıqlı faydalı əməkdaşlıq edir".

"Report" xəbər verir ki, bunu Hindistanın Ticarət və Sənaye Palatasının Avrasiya və beynəlxalq əməkdaşlıq komitəsinin sədri Purşottam Bhaqgeria deyib.

O qeyd edib ki, martın 13-dən 16-dək Bakıda keçiriləcək "Best of India" sərgisində, təxminən, 100 Hindistan şirkəti təmsil olunacaq.

Onun sözlərinə görə, hər iki ölkə mədəniyyət və iqtisadiyyat sahəsində ikitərəfli mübadilənin intensivləşdirilməsi yolu ilə əməkdaşlığın dərinləşdirilməsində və inkişafında maraqlıdır.

P.Bhaqgeria vurğulayıb ki, 2017-ci ildə ölkələr arasındakı ticarət dövriyyəsi 463 milyon dollar olub.

Son xəbərlər

Orphus sistemi