​Bakıda dekor əşyaların nümayiş olunacağı III beynəlxalq sərgi baş tutacaq

​Bakıda dekor əşyaların nümayiş olunacağı III beynəlxalq sərgi baş tutacaq Sərgi gələn il martın 9-11-idə olacaq
Turizm
4 İyul , 2016 20:19
​Bakıda dekor əşyaların nümayiş olunacağı III beynəlxalq sərgi baş tutacaq

Bakı. 4 iyul. REPORT.AZ/ “Baku Expo Centre”də mebel sənayesi, ev tekstili, xalçaçılıq, məişət avadanlıqları və digər dekor əşyalarınnümayiş olunacağı III beynəlxalq sərgi keçiriləcək.

“Report”un Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna ("Azpromo") istinadən verdiyi xəbərə görə, sərgi gələn il martın 9-11-də baş tutacaq.

Sərgidə rəsmi şəxslər, distributorlar, dizaynerlər, məşhur hotellərin nümayəndələri, daşınmaz əmlak məsələləri ilə məşğul olan şirkət nümayəndələri və digər iş adamlarının iştirakı gözlənilir.

Yerli sahibkarlar və işgüzar dairələr sərgidə iştiraka dəvətlidirlər. Sərgi haqqında məlumat almaq və tədbirdə iştirak etmək istəyənlər “Azpromo”ya müraciət edə bilərlər.

Son xəbərlər

Orphus sistemi