Bakıda Azərbaycan Hotellər Assosiasiyasının I Baş Assambleyası keçirilib

Bakıda Azərbaycan Hotellər Assosiasiyasının I Baş Assambleyası keçirilib Bakı. 4 dekabr. REPORT.AZ/ Bu gün Bakıda Azərbaycan Hotellər Assosiasiyasının I Baş Assambleyası keçirilib.
Turizm
4 Dekabr , 2018 11:26
Bakıda Azərbaycan Hotellər Assosiasiyasının I Baş Assambleyası keçirilib
0 : 00
0 : 00

Bakı. 4 dekabr. REPORT.AZ/ Bu gün Bakıda Azərbaycan Hotellər Assosiasiyasının I Baş Assambleyası keçirilib.

"Report" xəbər verir ki, tədbirdə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid, Azərbaycan Hotellər Assosiasiyasının icraçı direktoru Günay Sağlam və prezidenti Jiri Kobos çıxış ediblər.

F.Zenqstşmid Assosiasiyanın yaradılmasının ölkədə hotelçiliyin inkişafı üçün mühüm addımlardan biri olduğunu bildirib. J.Kobos və "Hotrec-Hospitality Europe" təşkilatının vitse-prezidenti Akos Niklai isə beynəlxalq təcrübənin öyrənilməsi üçün beynəlxalq təşkilatlara, xüsusilə də "Hotrec" təşkilatına üzv olmaq planlarından bəhs ediblər.

Tədbirin gedişatında üzvlük kateqoriyaları, eləcə də yeni milli ulduz təsnifat sistemi, assosiasiyaya üzvlüyün verdiyi üstünlüklər haqqında məlumat verilib. Qeyd edək ki, 2019-cu ildə Assosiasiyaya üzvlük haqları tələb olunmayacaq. 2020-ci ildən başlayaraq isə müxtəlif kateqoriyalara uyğun olaraq üzvlük haqları müəyyənləşdiriləcək.

Son xəbərlər

Orphus sistemi