Bakı və Kişinyov arasında birbaşa aviareys açılıb

Bakı və Kişinyov arasında birbaşa aviareys açılıb “Air Moldova” aviaşirkəti Moldovanın paytaxtı Kişinyov və Bakı arasında ilk uçuşunu həyata keçirib.
Turizm
29 Mart , 2023 15:06
Bakı və Kişinyov arasında birbaşa aviareys açılıb

“Air Moldova” aviaşirkəti Moldovanın paytaxtı Kişinyov və Bakı arasında ilk uçuşunu həyata keçirib.

Bu barədə “Report” aviaşirkətin “Facebook” səhifəsinə istinadən məlumat verir.

Bildirilir ki, ilk aviareys artıq martın 28-də həyata keçirilib.

“Air Moldova” Kişinyovdan Bakıya həftədə üç dəfə - çərşənbə axşamı, cümə axşamı və şənbə günləri müntəzəm uçuşlar həyata keçirəcək. Uçuş müddəti 3 saat 20 dəqiqədir.

Bakıdan Kişinyova da reyslər həftədə üç dəfə - çərşənbə, cümə və bazar günləri həyata keçiriləcək. Uçuş müddəti 3 saat 40 dəqiqədir.

Son xəbərlər

Orphus sistemi