Bakı. 10 iyun. REPORT.AZ/ Yaxın vaxtlarda Bakı-Urumçi (Çin) istiqamətində həyata keçirilən aviareyslər bərpa olunacaq. Eyni zamanda, Çinin Quançjou şəhərinə aviareysin yerinə yetirilməsinə başlanılacaq.
"Report" xəbər verir ki, bunu Bakıda jurnalistlərə açıqlamasında uçuşları həyata keçirəcək “China Southern Airlines” (Cənubi Çin Hava Yolları) aviaşirkətinin Urumçi bölməsinin rəis müavini Çın Li Xhon bildirib.
"İyulun 3-dən etibarən müntəzəm Bakı-Urumçi-Qua
Ç.L.Xhon əlavə edib ki, şirkət 10 ildir Azərbaycanda fəaliyyət göstərir və Urumçi istiqamətində uçuşlar həyata keçirirdi, lakin bir il əvvəl Azərbaycanda milli valyutanın devalvasiyası nəticəsində uçuşlar qeyri-müəyyən vaxta kimi dayandırılmışdır
Qeyd edək ki, uçuşlar "Boeing-737" təyyarələri ilə yerinə yetiriləcək.