Bakı-Tivat aviareysi üçün bilet satışına başlanılıb

Bakı-Tivat aviareysi üçün bilet satışına başlanılıb Bakı. 30 aprel. REPORT.AZ/ Bu gündən milli aviadaşıyıcı - Azərbaycan Hava Yolları QSC-nin (AZAL) www.azal.az ünvanındakı internet səhifəsində Monteneqronun məşhur kurortu Tivata həyata keçirilən reyslərə aviabilet əldə etmək olar.
Turizm
30 Aprel , 2018 11:24
Bakı-Tivat aviareysi üçün bilet satışına başlanılıb

Bakı. 30 aprel. REPORT.AZ/ Bu gündən milli aviadaşıyıcı - "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) www.azal.az ünvanındakı internet səhifəsində Monteneqronun məşhur kurortu Tivata həyata keçirilən reyslərə aviabilet əldə etmək olar.

AZAL-dan "Report"a veirlən məlumata görə, çarter proqramı çərçivəsində həyata keçirilən birbaşa aviareyslər yay uçuş qrafiki üzrə iyulun 5-dən sentyabrın 15-dək həyata keçiriləcək.

Reyslər komfortlu “Airbus A320” laynerləri ilə yerinə yetiriləcək.

Tivat — Monteneqronun Vrmas yarımadasında Kotor körfəzinin sahilində yerləşən müasir kurort şəhəridir. Mülayim iqlimi, gözəl çimərlikləri və rahat yerləşməsi hər il bura çoxlu turist cəlb edir. Tivatda infrastruktur yaxşı inkişaf etmişdir, yerli limanının saysız-hesabsız balıq restoranları və kafeləri bütün dünyadanqurmanların zövqüncə olacaq. Şəhər parkı nadir bitkilərlə zəngindir.

Son xəbərlər

Orphus sistemi