Bakı-Şarja aviareyslərinin sayı artırılacaq

Bakı-Şarja aviareyslərinin sayı artırılacaq Bu istiqamət üzrə reyslərin sayı 4-dən 7-ə qədər artıra bilər
Turizm
112
16 Mart , 2017 14:26
Bakı-Şarja aviareyslərinin sayı artırılacaq

Bakı. 16 mart. REPORT.AZ/ Bu gündən etibarən Şarja-Bakı marşrutu ilə həyata keçirilməsi başlanılan aviareyslərin sayı perspektivdə artırılacaq.

"Report" xəbər verir ki, bunu bu gün Bakıda "Air Arabia" aviaşirkətinin (BƏƏ) bu marşrutla yerinə yetirdiyi ilk reysin qarşılanması mərasimində Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru Arif Məmmədov deyib.

A.Məmmədov qeyd edib ki, Azərbaycan hökuməti turizmin inkişafını təşviq edir: "Yeni açılan reys üzrə gələcəkdə sərnişin sıxlığı müşahidə olunarsa, "Air Arabia" şirkəti əlavə reyslər təşkil edəcək. Bu istiqamət üzrə reyslər 4-dən 7-ə qədər artırıla bilər. Eyni zamanda, "Azərbaycan Hava Yolları" (AZAL) və "FlyDubai" aviaşirkətləri Novruz bayramı ərəfəsində Körfəz ölkələri də daxil olmaqla 100-ə yaxın əlavə reys həyata keçirəcək. Bu gün Azərbaycan ilə BƏƏ arasında tarixi gündür. AZAL-la əməkdaşlıq edən şirkətlər sırasına artıq "Air Arabia"da qoşulub".

"Air Arabia" şirkətinin baş icraçı direktoru Adil əl Əli əlavə edib ki, iki ölkə arasında qarşılıqlı səfərlərin sayı artacaq: "Bu gün ilk uçuşda Bakıya Şarjadan 120 sərnişin gəlib. Səfər təxminən 2 saat 15 dəqiqə çəkib. Bizim şirkətin əsas məqsədi hər iki ölkənin vətəndaşlarının iş, təhsil və digər səfərlərini təşkil etmək, uzaq məsafəni birləşdirməklə insanların rahat səyahətini təmin etməkdir".

Son xəbərlər

Orphus sistemi