Bakı rusiyalılar arasında yay tətili üçün ən populyar yerlər sırasında birincidir

Bakı rusiyalılar arasında yay tətili üçün ən populyar yerlər sırasında birincidir Bakı. 24 iyul. REPORT.AZ/ Bakı Rusiya vətəndaşları arasında yay tətili üçün ən populyar istiqamətlər siyahısının zirvəsində qərarlaşıb.
Turizm
24 İyul , 2018 09:56
Bakı rusiyalılar arasında yay tətili üçün ən populyar yerlər sırasında birincidir
0 : 00
0 : 00

Bakı. 24 iyul. REPORT.AZ/ Bakı Rusiya vətəndaşları arasında yay tətili üçün ən populyar istiqamətlər siyahısının zirvəsində qərarlaşıb.

"Report" xəbər verir ki, "TurStat" analitik agentliyinin məlumatına görə, ilk "üçlüy"ə həmçinin Minsk və Almatı daxildir.

Azərbaycan paytaxtı həmçinin həftəsonunun keçirilməsi və alış-veriş üçün istiqamətlər reytinqində də birinci olub.

Ən ucuz yay turları Kişinyov və Bişkekdədir.

Agentliyin məlumatına görə, rusiyalı turistlər MDB ölkələrinin şəhər və kurortlarında istirahət üçün sutkada orta hesabla 50-100 dollar xərcləyirlər.

Son xəbərlər

Orphus sistemi