Azərbaycanda hotellərdəki yerlərin sayı 35 minə çatıb

Azərbaycanda hotellərdəki yerlərin sayı 35 minə çatıb Bu il mehmanxanalarda yerləşdirilmiş şəxslərin 60%-ni əcnəbilər təşkil edib
Turizm
17 Oktyabr , 2014 08:05
Azərbaycanda hotellərdəki yerlərin sayı 35 minə çatıb
Bakı. 17 oktyabr. REPORT.AZ/ Bu ilin yanvar-iyun aylarında Azərbaycanda 527 mehmanxana olub, onlarda nömrələrin ümumi sayı 16 876 vahid, birdəfəlik tutum 34 731 çarpayı-yer təşkil edib.

"Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, birdəfəlik tutumun 11 807-si Bakı, 927-si Gəncə şəhərlərindəki mehmanxanalarda, 6 563-ü Xaçmaz, 1 195-i Masallı, 1 184-ü Quba, 13 055-i isə ölkənin digər rayon və şəhərlərindəki mehmanxanaların payına düşür.

Bu dövrdə mehmanxanalarda yerləşdirilmiş şəxslərin sayı 2013-cü ilin eyni dövrü ilə müqayisədə 0,5% artaraq 319,0 min nəfər olub ki, onların da 58,8%-ni xarici ölkə vətəndaşları təşkil edib.

Mehmanxanalarda gecələyən əcnəbilərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,5 min nəfər artaraq 187,7 min nəfərə çatıb. Gecələyən Azərbaycan vətəndaşlarının sayı isə 131,3 min nəfər olub. Qonaqların 49,8 min nəfəri (15,6%-i) turizm yollayışları ilə gələnlər olub.

Son xəbərlər

Orphus sistemi