AzTA və ADU-nun nəzdindəki Konfutsi institutu əməkdaşlıq memorandumu imzalayıb

AzTA və ADU-nun nəzdindəki Konfutsi institutu əməkdaşlıq memorandumu imzalayıb Bakı. 13 iyul. REPORT.AZ/ Azərbaycan Turizm Assosiasiyasi (AzTA) və Azərbaycan Dillər Universitetinin (ADU) nəzdindəki Konfutsi institutu arasında qarşılıqlı əməkdaşlıq haqqında memorandum imzalanıb.
Turizm
13 İyul , 2018 16:27
AzTA və ADU-nun nəzdindəki Konfutsi institutu əməkdaşlıq memorandumu imzalayıb

Bakı. 13 iyul. REPORT.AZ/ Azərbaycan Turizm Assosiasiyasi (AzTA) və Azərbaycan Dillər Universitetinin (ADU) nəzdindəki Konfutsi institutu arasında qarşılıqlı əməkdaşlıq haqqında memorandum imzalanıb.

Assosiasiyadan "Report"a verilən xəbərə görə, sənədi qurumun sədri Nahid Bağırov və institutun Çin tərəfdən direktoru Li Tszixua imzalayıb.

Memorandumun əsas məqsədi AzTA və Universitet arasında turizm sahəsində kadr potensialının inkişafına birgə töhfə verməkdən ibarətdir. Belə ki, Universitetin mütəxəssisləri Assosiasiyanın təşkil etdiyi bələdçı kurslarının Çin dilində keçirilməsinə yardım edəcəklər.

İmzalanma mərasimində Çinin Azərbaycandakı səfirliyinin rəsmi nümayəndəsi və institutun direktoru, professor Rafiq Abbasov da iştirak edib. Görüşdə iki ölkə arasında dostluq münasibətlərinin qorunması və dərinləşməsi üçün turizmin bir vasitə olduğu qeyd olunub. Tərəflər həmçinin turizm sahəsində kadr təminatı, elmi tədqiqatların aparılması, Çin bazarında Azərbaycan turizm məhsullarının və Azərbaycan bazarında Çin turizm məhsullarının təşviqi, iki ölkənin turizm-rekreasiya komplekslərinin inkişafına yardımın göstərilməsi və turizm xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması haqqında müzakirələr aparıblar.

AzTA həmçinin üzv olan şirkətlər üçün Çin səfirliyində viza qeydiyyatının aparılması prosedurlarının sadələşdirilməsını təklif edib. Səfirlik nümayəndəsi məsələnin Çin tərəfi ilə müzakirə olunacağna söz verib.

Son xəbərlər

Orphus sistemi