AzTA: Turistlərə bələdçilik edənlərin işi lazımi səviyyədə deyil

AzTA: Turistlərə bələdçilik edənlərin işi lazımi səviyyədə deyil Bakı. 28 mart. REPORT.AZ/ Azərbaycanda özünü bələdçi sayanların, turistlərə bələdçilik edənlərin işi lazımi səviyyədə deyil.
Turizm
28 Mart , 2018 16:45
AzTA: Turistlərə bələdçilik edənlərin işi lazımi səviyyədə deyil

Bakı. 28 mart. REPORT.AZ/ "Azərbaycanda özünü bələdçi sayanların, turistlərə bələdçilik edənlərin işi lazımi səviyyədə deyil". 

Bunu "Report"a açıqlamasında Azərbaycan Turizm Assosiasiyasının (AzTA) İdarə Heyətinin (İH) üzvü Göydəniz Qəhrəmanov təmsil etdiyi qurumun nəzdində Turizm bələdçiləri ilə iş üzrə komitənin yaradılmasına münasibət bildirərkən deyib. 

Onun sözlərinə görə, Azərbaycanda turizm sürətlə inkişaf etdiyi üçün bələdçi xidmətinin yüksək səviyyədə olması vacib məsələlərdən biridir: "Bu komitənin yaradılmasında məqsəd odur ki, bələdçiliklə bağlı peşəkar təlimlər, kurslar keçirilsin. Bələdçilərin bir qismi elementar kurslarda belə olmayıb. Həmin qeyri-peşəkar bələdçilərin turistlərə ölkəmiz haqqında hansı məlumatları verdiklərini, təəssüf ki, biz bilmirik. Bununla belə, bu sahədə təcrübələri olan peşəkar bələdçilər də var. Yəqin ki, onlar da bu məsələ ilə bağlı  fikirlərini, tövsiyələrini bildirəcəklər". 

Son xəbərlər

Orphus sistemi