AZTA Qazaxıstanın Beynəlxalq XVIII “Turizm və Səyahətlər” sərgisində iştirak edir

AZTA Qazaxıstanın Beynəlxalq XVIII “Turizm və Səyahətlər” sərgisində iştirak edir Bakı. 20 aprel. REPORT.AZ/ Azərbaycan Turizm Assosiasiyası (AZTA) Qazaxıstanın Beynəlxalq XVIII “Turizm və Səyahətlər” sərgisində (KITF -2018) iştirak edir.
Turizm
20 Aprel , 2018 17:27
AZTA Qazaxıstanın Beynəlxalq XVIII “Turizm və Səyahətlər” sərgisində iştirak edir

Bakı. 20 aprel. REPORT.AZ/ Azərbaycan Turizm Assosiasiyası (AZTA) Qazaxıstanın Beynəlxalq XVIII “Turizm və Səyahətlər” sərgisində (KITF -2018) iştirak edir.

AZTA-dan "Report"a verilən məlumata görə, Assosiasiya sədri Nahid Bağırovun rəhbərliyi ilə nümayəndə heyəti sərgi iştirakçılarına Azərbaycanın turizm potensialı haqqında geniş məlumat verir və xüsusi reklam materialları təqdim edir. 

Azərbaycan stendini iştirakçılar böyük maraqla qarşılayır. 

Sərgi çərçıvəsində AZTA nümayəndə heyəti digər ölkələrin nümayəndələri ilə bir sıra məhsuldar görüşlər keçirib və əməkdaşlığın inkişaf perspektivləri haqqında müzakirələr aparılıb. İlkin nəticələr əldə olunub. Azərbaycanın turizm imkanlarına marağı nəzərə alaraq, AZTA artıq KITF -2019 sərgisində iştirakı barədə xüsusi müqavilə imzalayıb.

Sərgidə aktiv iştirakına görə AZTA təşkilatçılar tərəfindən sertifikatla təltif olunub.

Son xəbərlər

Orphus sistemi