Azərbaycan Meksika və Özbəkistanla turizm perspektivlərini müzakirə edib

Azərbaycan Meksika və Özbəkistanla turizm perspektivlərini müzakirə edib Görüşdə vaksinasiya prosesinin vacibliyi vurğulanıb
Turizm
20 Aprel , 2021 15:48
Azərbaycan Meksika və Özbəkistanla turizm perspektivlərini müzakirə edib

Dövlət Turizm Agentliyinin (DTA) sədri Fuad Nağıyev Meksikanın Azərbaycandakı səfiri Xuan Rodrigo Labardini Floreslə görüşüb.

"Report" agentliyə istinadən xəbər verir ki, tərəflər iki ölkənin turizm şirkətləri arasında əməkdaşlığın genişləndirilməsinin mühümlüyünü vurğulayıblar.

Görüşdə vaksinasiya prosesinin vacibliyi vurğulanıb və qeyd edilib ki, bu proses sərhədlərin açılmasına, eləcə də beynəlxalq turizmin bərpasına töhfə verəcək.

F.Nağıyev həmçinin Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanovla da görüş keçirib. Görüşdə iki ölkə arasında turizm əlaqələri, koronavirus (COVID-19) pandemiyası dövründə turizm sahəsində görülən işlər və təcrübə mübadiləsi müzakirə edilib, postpandemiya dövründə qarşılıqlı turist səfərlərinin bərpasına maraq ifadə edilib.

Son xəbərlər

Orphus sistemi