Azərbaycanla İndoneziya arasında birbaşa aviareysin açılması təklif olunur

Azərbaycanla İndoneziya arasında birbaşa aviareysin açılması təklif olunur “Azərbaycanla İndoneziya arasında birbaşa avireyslərin həyata keçirilməsini istəyirik”.
Turizm
8 Noyabr , 2019 12:26
Azərbaycanla İndoneziya arasında birbaşa aviareysin açılması təklif olunur

“Azərbaycanla İndoneziya arasında birbaşa avireyslərin həyata keçirilməsini istəyirik”.

Bunu "Report"a açıqlamasında İndoneziyanın Azərbaycandakı səfiri Hüsnan bəy Fanani deyib. 

Onun sözlərinə görə, İndoneziyadan Azərbaycana səfər edənlərin sayı ilbəil artır: “Belə ki, bu il təxminən 6 mindən çox insan İndoneziyadan Azərbaycana səfər edib, ötən il isə bu rəqəm 4 min nəfər olub. Bu ilin 10 ayında isə Cənubi Qafqazdan 2 min insan İndoneziyaya səfər edib. Azərbaycanla birbaşa aviareyslən olmadığına görə, indoneziyalılar Azərbayacana əsasən Türkiyə və Rusiyadan keçməklə gəlirlər". 

Səfir vurğulayıb ki, noyabrda İndoneziyadan Azərbaycana səfər edənlərin sayının artacağını gözlənilir: “Çünki indonozeyalı film prodüsseri Azərbaycanda “Leyla və Məcnun” filmini çəkəcək. Belə ki, Leyla rolunun ifaçısı İndoneziyadan, Məcnun rolunun ifaçısı isə Azərbaycandan olacaq”. 

Son xəbərlər

Orphus sistemi