“Azərbaycanla İndoneziya arasında birbaşa avireyslərin həyata keçirilməsini istəyirik”.
Bunu "Report"a açıqlamasında İndoneziyanın Azərbaycandakı səfiri Hüsnan bəy Fanani deyib.
Onun sözlərinə görə, İndoneziyadan Azərbaycana səfər edənlərin sayı ilbəil artır: “Belə ki, bu il təxminən 6 mindən çox insan İndoneziyadan Azərbaycana səfər edib, ötən il isə bu rəqəm 4 min nəfər olub. Bu ilin 10 ayında isə
Səfir vurğulayıb ki, noyabrda İndoneziyadan Azərbaycana səfər edənlərin sayının artacağını gözlənilir: “Çünki indonozeyalı film prodüsseri Azərbaycanda “Leyla və Məcnun” filmini çəkəcək. Belə ki, Leyla rolunun ifaçısı İndoneziyadan, Məcnun rolunun ifaçısı isə Azərbaycandan olacaq”.