Azərbaycanın turizm sektoru yaxın illərdə 6%-dən çox artacaq

Azərbaycanın turizm sektoru yaxın illərdə 6%-dən çox artacaq Bakı. 13 oktyabr. REPORT.AZ/ 2018-ci ildə Azərbaycanın turizm sektorunun 6,6%, sonrakı 3 ildə isə 6%-dən çox artacağı proqnozlaşdırılır.
Turizm
13 Noyabr , 2017 11:50
Azərbaycanın turizm sektoru yaxın illərdə 6%-dən çox artacaq

Bakı. 13 oktyabr. REPORT.AZ/ 2018-ci ildə Azərbaycanın turizm sektorunun 6,6%, sonrakı 3 ildə isə 6%-dən çox artacağı proqnozlaşdırılır.

"Report"un verdiyi xəbərə görə, bu barədə iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova bu gün Milli Məclisdə Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları, Gənclər və idman, Regional məsələlər və Mədəniyyət komitələrinin birgə iştirakı ilə 2018-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsinin müzakirəsi zamanı bildirib.

O, həmçinin artımın İKT sektorunda da gözlənildiyini qeyd edib. Belə ki, İKT sektorunda gələn il 5,1%, növbəti illərdə 6%-dən çox artım nəzərdə tutulur.

Nazir müavininin sözlərinə görə, gələn il ölkə iqtisadiyyatına 15,9 mln. manat investisiya qoyuluşu proqnozlaşdırılır.

S.Həsənova bildirib ki, ölkədə biznes mühitinin  daha da yaxşılaşdırlması üzrə sistemili tədbirlər davam etdiriləcək.

Son xəbərlər

Orphus sistemi