Azərbaycanın turizm sektoru son 20 ildə 77 dəfə böyüyüb

Azərbaycanın turizm sektoru son 20 ildə 77 dəfə böyüyüb Azərbaycanda turistlərin yerləşdirilməsi və ictimai iaşə sahəsində yaradılan əlavə dəyər 2003-cü ildə 35 milyon manat olduğu halda, 2023-cü ildə 2 milyard 684 milyon manat təşkil edib ki, bu da 76,6 dəfə artım deməkdir.
Turizm
23 Yanvar , 2024 12:25
Azərbaycanın turizm sektoru son 20 ildə 77 dəfə böyüyüb

Azərbaycanda turistlərin yerləşdirilməsi və ictimai iaşə sahəsində yaradılan əlavə dəyər 2003-cü ildə 35 milyon manat olduğu halda, 2023-cü ildə 2 milyard 684 milyon manat təşkil edib ki, bu da 76,6 dəfə artım deməkdir.

“Report” xəbər verir ki, son 20 ildə turistlərin yerləşdirilməsi və ictimai iaşə sahəsində əsas kapitala investisiya qoyuluşu isə 51,7 dəfə artaraq, 87,9 milyon manat olub.

2003-2022-ci illərdə ölkədə mehmanxana və mehmanxana tipli müəssisələrin sayı 7,6 dəfə artaraq 727-yə çatıb, bu obyektlərin birdəfəlik tutumu isə 5,9 dəfə artıb.

Bu illər ərzində Azərbaycanda turizm sektorunda məşğul olanların sayı 21 milyon 9 mindən 87 milyon 9 minə yüksəlib ki, bu da 4 dəfə artım deməkdir.

Turizm sektoru Azərbaycan hökumətinin xüsusi diqqət ayırdığı sahələrdən biridir. Bu istiqamətdə qarşıya qoyulan hədəfləri həyata keçirmək üçün ölkəmizin bütün rayonlarında turizm infrastrukturları yaradılır, bir çox ölkələrdən turistlər cəlb edilir.

Qarabağın işğaldan azad olunması ilə Azərbaycan turizmində yeni mərhələ başlayıb. Bu istiqamətdə də layihələr hazırlanır, icrası məqsədilə tədbirlər görülür. Turizmin inkişaf potensialının üzə çıxarılması və həyata keçirilməsi dövlətin dəstəyi olmadan mümkün deyil.

Son xəbərlər

Orphus sistemi