Azərbaycanın turizm imkanları İstanbul Hava Limanında nümayiş olunur

Azərbaycanın turizm imkanları İstanbul Hava Limanında nümayiş olunur Azərbaycan Turizm Bürosunun təşəbbüsü ilə Türkiyənin İstanbul Hava Limanında ölkəmizin turizm imkanlarını əks etdirən təbliğat videoçarxları nümayiş etdirilir.
Turizm
9 Noyabr , 2023 14:13
Azərbaycanın turizm imkanları İstanbul Hava Limanında nümayiş olunur

Azərbaycan Turizm Bürosunun təşəbbüsü ilə Türkiyənin İstanbul Hava Limanında ölkəmizin turizm imkanlarını əks etdirən təbliğat videoçarxları nümayiş etdirilir.

Bu barədə "Report"a Dövlət Turizm Agentliyindən (DTA) məlumat verilib.

Təbliğat videoçarxları türkiyəli, həmçinin əcnəbi səyahətçiləri cəlb etmək, Azərbaycanı əsas turizm destinasiyası kimi nümayiş etdirmək məqsədilə "Duty-Free" ərazisində 14 videomonitor, giriş və çıxışda 2 idarəedici "mega lightbox" və pasport nəzarəti hissəsində yerləşdirilən 4 monitorda təqdim edilir.

Həmçinin 8 Noyabr - Zəfər Günündə İstanbul Hava Limanın bir çox nöqtələrində Şuşa şəhərinin görüntülərinin nümayiş olunması ziyarətçilərin xüsusi marağına səbəb olub.

Qeyd edək ki, 2023-cü ilin yanvar-oktyabr dövründə Azərbaycan Türkiyədən 308 942 ziyarətçi qəbul edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 20 % artımdır.

Son xəbərlər

Orphus sistemi