Azərbaycanın turizm imkanları Hindistanda nümayiş etdirilir

Azərbaycanın turizm imkanları Hindistanda nümayiş etdirilir Azərbaycan bu gün Hindistanın Mumbay şəhərində işə başlamış “OTM Mumbai 2022” beynəlxalq turizm sərgisində milli stendlə təmsil olunur.
Turizm
14 Mart , 2022 17:16
Azərbaycanın turizm imkanları Hindistanda nümayiş etdirilir

Azərbaycan bu gün Hindistanın Mumbay şəhərində işə başlamış “OTM Mumbai 2022” beynəlxalq turizm sərgisində milli stendlə təmsil olunur.

Bu barədə "Report"a Dövlət Turizm Agentliyindən bildirilib.

Məlumata görə, Agentliyin təşkilatçılığı ilə Azərbaycan Turizm Bürosu (ATB) ilə yanaşı sərgidə 10 yerli turizm şirkəti də iştirak edir.

Sərgi ziyarətçilərinə Azərbaycanın, o cümlədən işğaldan azad olunan ərazilərin turizm imkanları, postpandemiya dövründə ölkədə mövcud səyahət qaydaları, Azərbaycana səfər imkanları, yeni turizm məhsulları və istiqamətləri haqqında geniş məlumat verilir.

Martın 16-na kimi davam edəcək sərgidə ATB ölkə turizminin təbliği və təşviqi ilə bağlı B2B görüşlər və seminarlar keçirilməyi planlaşdırır. Bununla yanaşı Azərbaycana tanışlıq səfərlərinin və birbaşa aviareyslərin təşkili ilə bağlı müzakirələrin də aparılması planlaşdırılır.

Sərgi çərçivəsində panel müzakirələrində iştirak edən ATB-nin Baş icraçı direktorunun müavini Bəhruz Əsgərov Hindistan bazarının Azərbaycan üçün prioritet bazarlardan biri olduğunu, hindistanlı turistlərin istirahətlə yanaşı işgüzar turizm, toy və digər turizm növlərinə üstünlük verdiklərini diqqətə çatdırıb. O, bu il fevralın 15-dən Hindistanın hava yolu ilə Azərbaycana giriş-çıxışına icazə verilən ölkələr sırasında olduğunu, bunun iki ölkə arasında səfər saylarının artmasına müsbət təsir edə biləcəyini qeyd edib.

Sərgiyə 55 ölkədən 1 100-ə yaxın iştirakçı, 300 00-dən çox turizm və səyahət üzrə ixtisaslaşmış mütəxəssisin qatılması gözlənilir.

Son xəbərlər

Orphus sistemi